Abşeronda iki avtomobil toqquşub, gənc oğlan xəsarət alıb
Qəzalar
1 May 2021 12:11
Oxunub 874

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Atyalı qəsəbəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Dostuyev Zaur Eyvaz oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













