Aeroprotda maşın təyyarəyə çırpıldı

Moskvanin Şeremetyevo aeroportunun dayanacağında aviaqəza baş verib. Qar yığınlarının təmizləməsi zamanı qaryığan maşının sürücüsü idarə etməni itirərək təyyarəyə çırpılıb. Qəza nəticəsində təyyarə ilə yanaşı "Aeromar" şirkətinin avtomobili ciddi zədələr alıb. Toqquşma nəticəsində "Aeroflot"un Airbus A321 laynerinin füzelyajı zərər çəkib. Təyyarə Moskva - Sankt-Peterburq reysini yerinə yetirməyə hazırlaşmış. Hadisə vaxtı xəsarət alan olmayıb.
Aviaşirkət təyyarəni digəri ilə əvəz etməli olub. Qəza səbəbindən uçuş 40 dəqiqə ləngiyib. Ekspertlər "Aerobus"a dəyən zədələrin qiymətləndirilməsini aparır. Zərərçəkən Airbus A321 layneri uçuşlardan kənarlaşdırılıb.
İlkin məlumatlara görə, toqquşmada Şeremetyevo aeroportuna aid olan qartəmizləyən maşının sürücüsü günahkardır. Buna oxşar hadisə keçən il də Moskvanın Şeremetyevo-3 aeroportunda baş verib. Həmin vaxt iki Aerobus- A320 və A319 qanadları bir-birinə dəymişdi.Kalininqraddan gələn A320 təyyarəsinin salonunda 147 nəfər və 6 ekipaj üzvü olub. Toqquşma zamanı təyyarə dayanacağa yan alırmış. Digər təyyarədə sərnişin olmayıb. Hər iki aerobusun qanadlarında plastik müqavimət sipərləri zərər çəkib, təyyarələr dayanacağa göndərilib. Hər iki təyyarənin planlaşdırılmış uçuşları ləğv edilib.
Bakıda yeddi avtomobil toqquşdu - FOTO - VİDEO - YENİLƏNİB
Qubada qəza: İki “VAZ” toqquşdu - VİDEO
Bərdədə faciəli şəkildə həlak olan hərbçinin FOTOsu - YENİLƏNİB
Makaron daşıyan yük maşını aşdı - Məhsul yola dağıldı - VİDEO
Kürdəmirdə idarəetmədən çıxan “VAZ” ağaca çırpıldı - VİDEO
İki nəfər ölüb, yaralılar var - FOTOLAR - YENİLƏNİB
Oğuzda iki avtomobil toqquşdu, bir nəfər xəsarət aldı - VİDEO
Son iki gün ərzində 6 piyadavurma olub, 4 nəfər ölüb
Sürücü məsafəni düzgün hesablamadı, avtobus obyektə çırpıldı - VİDEO - YENİLƏNİB
Polis diqqətsiz sürücülərin törətdiyi qəza görüntülərini paylaşdı - VİDEO
Sumqayıtda avtomobilin vurduğu piyada öldü - FOTO











