Aeroprotda maşın təyyarəyə çırpıldı – FOTO+VİDEO

Moskvanin Şeremetyevo aeroportunun dayanacağında aviaqəza baş verib.
Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, qar yığınlarının təmizləməsi zamanı qaryığan maşının sürücüsü idarə etməni itirərək təyyarəyə çırpılıb.
Qəza nəticəsində təyyarə ilə yanaşı "Aeromar" şirkətinin avtomobili ciddi zədələr alıb. Toqquşma nəticəsində "Aeroflot"un Airbus A321 laynerinin füzelyajı zərər çəkib. Təyyarə Moskva - Sankt-Peterburq reysini yerinə yetirməyə hazırlaşmış. Hadisə vaxtı xəsarət alan olmayıb.

Aviaşirkət təyyarəni digəri ilə əvəz etməli olub. Qəza səbəbindən uçuş 40 dəqiqə ləngiyib. Ekspertlər "Aerobus"a dəyən zədələrin qiymətləndirilməsini aparır. Zərərçəkən Airbus A321 layneri uçuşlardan kənarlaşdırılıb.
İlkin məlumatlara görə, toqquşmada Şeremetyevo aeroportuna aid olan qartəmizləyən maşının sürücüsü günahkardır.
Buna oxşar hadisə keçən il də Moskvanın Şeremetyevo-3 aeroportunda baş verib. Həmin vaxt iki Aerobus- A320 və A319 qanadları bir-birinə dəymişdi.Kalininqraddan gələn A320 təyyarəsinin salonunda 147 nəfər və 6 ekipaj üzvü olub.
Toqquşma zamanı təyyarə dayanacağa yan alırmış. Digər təyyarədə sərnişin olmayıb. Hər iki aerobusun qanadlarında plastik müqavimət sipərləri zərər çəkib, təyyarələr dayanacağa göndərilib. Hər iki təyyarənin planlaşdırılmış uçuşları ləğv edilib.
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO












