Ağcabədidə ağır qəza baş verdi - Sürücü və əmisi oğlu öldü - FOTO

Ağcabədidə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Mingəçevir–Bəhrəmtəpə avtomobil yolunun rayonun Qaradolaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Qazel” “VAZ-21015”lə toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, 1984-cü il təvəllüdlü Orxan Vəliyev hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər – sürücünün həyat yoldaşı Türkan Vəliyeva və əmisi oğlu, 1972-ci il təvəllüdlü Elsevər Vəliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq Elsevər Vəliyevin də həyatını xilas etmək mümkün olmayıb. Ağır xəsarətlər alan Türkan Vəliyevanın müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.

Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Yük maşını divara çırpıldı - Sürücü öldü
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO












