Banner

Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO

Qəzalar 30 Oktyabr 2026 12:48
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakı-Qazax avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb.

Bildirilir ki, qəza nəticəsində bir nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.

Qurumdan verilən məlumata görə, hadisə ötən gün saat 17:30-da Bakı-Qazax yolunun 161-ci kilometrliyində qeydə alınıb.

"M.Abdullayev "Lexus" markalı, 90-SZ-067 dövlət nömrə nişanlı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil İ.Hüseynovun idarə etdiyi "KamAZ" markalı, 21-BE-746 dövlət nömrə nişanlı yük maşınının qoşqusuna çırpılıb. Hadisə zamanı "Lexus"un sürücüsü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.

bax.tvhttps://player.bax.tv/embed/228342.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

 

 

Oxunub : 138
ŞƏRH YAZ
Ad

E-mail

Şərh