Banner

Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO

Qəzalar 30 Oktyabr 2026 12:36
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Səməd Vurğun və Süleyman Rəhimov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 30-da saat 10:00 radələrində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil “BYD” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Zərbənin təsirindən “Hyundai” yolun hərəkət hissəsindən çıxaraq səkiyə qalxıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi maddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228346.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

 

 

Oxunub : 220
ŞƏRH YAZ
Ad

E-mail

Şərh