Ağdamda "Jiquli" ağaca çırpıldı, 3 nəfər öldü - ADLAR - FOTO - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Ağdamda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı mməlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, hadisə bu gün saat 20 radələrində baş verib.
Belə ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək ağaca çırpılıb.
Nəticədə sürücü və sərnişinlər, rayon sakinləri Aydın Qasımov, Təhməz Musayev və Yusif İbadov ölüb, digər sərnişin Sənan Şıxıyev isə xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
***
Ağdamda baş verən yol qəzasında 3 nəfər ölüb.
Həyatını itirənlərdən ikisinin adı məlum olub.
Aydın Qasımov və Yusif İbadov avtomobilin ağaca çırpılması nəticəsində ölüb.
Digər həyatını itirən və ağır yaralı olan şəxsin də kimliyi araşdırılır.
***
Ağdamda ağır yol qəzası baş verib.
Hadisə rayonun Eyvazlı kəndində qeydə alınıb.
Belə ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək ağaca çırpılıb. Avtomobildə 4 nəfərin olduğu deyilir.
Qəza zamanı ölən və yaralananlar var.
Faktla bağlı araşdırma aparılır. (lent.az)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO

















