Ağstafada minik avtomobili yük maşını ilə toqquşdu, xəsarət alan var
Qəzalar
26 Fevral 2023 00:04
Oxunub 1782

Ağstafa rayonunun Dağ Kəsəmən kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində Ağstafa rayon sakini, 1963-cü il təvəllüdlü Azad Mehdiyev və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağır və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. (report)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













