Ağstafada "Toyota" və "VAZ 2107" toqquşdu: 3 ölü, 8 yaralı - VİDEO - YENİLƏNİB - FOTO

Ağtafada yol qəzasında yaralanan şəxslərin adları məlum olub.
"Toyota" və "VAZ-2107" markalı avtomobilin toqquşması zamanı Xəlilov Orxan Məhəd (1999), Vəliyev Sənan Məhəmmədhüseyn (1994), Şərifova Aydan İlham (1994), Şərifov Raul Emin (2016), Şərifov Ramin Emin (2019), İsgəndərova Günay İlham (1984), İsgəndərova Şölə Vaqif (2008), İsgəndərov Emin Vaqif (2011) yaralanıb.
***
Ağstafa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində müəyyən olunub ki, "Toyota" və "VAZ 2107" markalı avtomobil toqquşub, nəticədə "Toyota" markalı avtomobilin 6 sərnişini yaralanıb, "VAZ 2107" markalı avtomobildə olan 5 nəfərdən 3-ü ölüb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı əlavə məlumat veriləcək.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO














