Ağsuda avtomobil qəzası olub, yaralılar var - YENİLƏNİB

Ağsuda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd olunub ki, fevralın 1-də, saat 00:20-də dörd nəfər (kişi cinsli) Ağsu Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
"Vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir. Bir nəfərin vəziyyəti orta ağır, digərinin isə ağır qiymətləndirilir", məlumatda deyilir.
***11:17
Ağsuda avtomobil qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərəbmehdibəy kəndini ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Tağıyev Ruslan Rəfail oğlu, 1992-ci il təvəllüdlü Mollayev Amil Emin oğlu və 1998-ci il təvəllüdlü Heybətov İlkin Vəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Xəsarət alan şəxslərdən birinin vəziyyəti ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












