Banner

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - YENİLƏNİB - VİDEO

Qəzalar 15 Noyabr 2026 17:12
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər  - YENİLƏNİB - VİDEO
WhatsApp kanalımıza abunə olun

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub.

Avtosfer.az xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci il təvəllüdlü Sura Möhsünlü, 1967-ci il təvəllüdlü Sara Məmmədova, 1979-cu il təvəllüdlü Raidə Əliyeva, 1992-ci il təvəllüdlü Gülşad Tağıyeva, 1966-cı il təvəllüdlü Cəmilə Tağıyeva, 1955-ci il təvəllüdlü Validə Həsənova və 1977-ci il təvəllüdlü Güllər Hacıyeva xəsarət alıblar.

Hazırda yaralıların tibbi müayinəsi davam etdirilir. (oxu.az)

***

Ordubad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az Oxu.az-a istinadla xəbər verir ki, qəza rayonun Dırnıs kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı mikroavtobus aşıb. Qəza nəticəsində 10-dan çox şəxsin xəsarət aldığı bildirilir.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Oxunub : 356
ŞƏRH YAZ
Ad

E-mail

Şərh