Banner

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi

Xəbərlər 15 Noyabr 2026 17:05
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi
WhatsApp kanalımıza abunə olun

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib.

Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib.

Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl Ehtiram Əliyevin səhhətində ciddi problemlər yaranıb. O, oktyabrın 18-də Yeni Klinikaya yerləşdirilib. Vəziyyəti ağırlaşdıqdan sonra Milli Onkologiya Mərkəzinə köçürülüb. Son günlər süni tənəffüs aparatına qoşulmuşdu.

 

Oxunub : 52
ŞƏRH YAZ
Ad

E-mail

Şərh