Ağsuda sürücü "Mercedes"i divara çırpdı; arvadı öldü - VİDEO

Muğanlı-İsmayıllı yolunun Ağsu rayonu ərazisindən keçən 8-ci kilometrində Balakən rayon sakini Faiq Orucovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq beton səddə dəyib.
Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polis İdarəsindən bildirilib.
Məlumata görə, qəza nəticəsində avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı həyatını itirib.
Hadisənin baş verməsinə səbəb, sutkanın qaranlıq vaxtı yola nabələd sürücünün tikinti işləri aparılan yolda quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə ciddi əməl etməməsi, sürət həddini yol və hava şəraitinə uyğun seçməməsi ehtimal olunur.
Baş Dövlət Yol Polisi İdarəsi yolda təhlükəsizliyə etinasız yanaşmanın arzuları yarıda qoyduğunu bir daha xatırladır, sürücülərdən qeyd olunan hadisədən düzgün nəticə çıxarmağı, təmir-tikinti işlərinin aparıldığı ərazilərdə hərəkət edərkən daha diqqətli olmağı, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, sürət rejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinin tələblərinə ciddi əməl etməyi, ötmə və manevretmə zamanı ehtiyatlı olmağı xahiş edir.
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












