Bakıda kağız anbarında faciə - qapı ilə qoşqu arasında qalıb öldü

Aprelin 26-da saat 18 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən kağız üzlüyü anbarında İsrafilov İsabala Nəsib oğlunun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nizami rayon Prokurorluğundan Avtosfer.az-a bildirilib ki, aparılan araşdırmalarla mal götürmək məqsədilə Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən kağız üzlüyü anbarına gəlmiş Əhmədov Sərdar Səfər oğlunun yarımqoşqu ilə idarə etdiyi yük avtomobili ilə anbardan çıxarkən həmin vaxt tanışının yanına gəlmiş 1955-ci il təvəllüdlü İsabala İsrafilovun yarımqoşqu ilə dəmir qapı arasında sıxılıb qalması və aldığı xəsarətlərdən hadisə yerində ölməsi müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Samir
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












