Astarada piyadanı vurub öldürdülər

Astarada piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə yanvarın 2-də saat 21.00 radələrində rayonun Şahağac kəndi ərazisində qeydə alınıb.
Astaranın Şahağac kənd sakini, 1988-ci il təvəllüdlü Zamin Zahir oğlu Həsənov yolu keçmək istəyərkən Lənkəran rayonunun Digah kənd sakini İzzət Qurban oğlu Cəfərovun idarə etdiyi “Mercedes” markalı, 42 BK 492 dövlət nömrə nişanlı mikroavtobus onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri almış piyada hadisə yerindəcə dünyasını dəyişib.
Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Yol polisi əməkdaşları qəzanın baş verdiyi ərazini müayinə ediblər. İlkin versiya kimi hadisəyə avtomobilin yüksək sürətlə idarə olunması göstərilir. Qəzanın dəqiq başvermə səbəbləri isə avtoekspertizanın yekun rəyindən sonra məlum olacaq. Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO












