Atasının maşınını qaçıran uşaq zəncirvari qəza törətdi - 4 maşın… - FOTOLAR

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Aydın Məmmədov küçəsində qeydə alınıb.
Avtosfer.az xəbər verir, “Mercedes” markalı 99-NJ-817 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edən zaman idarəetməni itirib.
Nəticədə avtomobil əvvəlcə yol kənarında dayanmış nəqliyyat vasitəsinə, daha sonra isə “Toyota” markalı 90-RP-932 və “BYD” markalı 77-QE-290 dövlət nömrə nişanlı avtomobillərə çırpılıb. Qəza nəticəsində ərazidə olan 3 avtomobilə ciddi ziyan dəyib.
Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, qəzaya səbəb olan sürücü azyaşlı olub və sürücülük hüququna malik deyil.
Bildirilir ki, o, atasına məxsus avtomobili götürərək məhəllədə idarə etməyə çalışıb. Bu zaman yüksək sürət səbəbindən nəqliyyat vasitəsinə nəzarəti itirərək zəncirvari qəzaya səbəb olub.
Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb, lakin avtomobillərə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Eltac
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - FOTO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO






















