Avstriyada “Leopard 2” tankı aşıb, ölən və yaralananlar var - FOTO

Avstriya ordusunun Allenştayqe poliqonu yaxınlığında “Leopard 2” tankı aşıb. Tankın uçurumdan aşması nəticəsində bir ekipaj üzvü həlak olub, daha üç nəfər yaralanıb.
Bu barədə “Report” ORF.AT-a istinadən xəbər verir.
Silahlı Qüvvələrin sözçüsü Maykl Bauerin sözlərinə görə, tankda 4 nəfər olub. Qəza nəticəsində Rid-im İnnkrays dairəsindən olan 24 yaşlı çavuş ölüb. Digər üç əsgər, 23 yaşlı çavuş və 19 və 20 yaşlı hərbi qulluqçu yüngül yaralanıb və təcili yardım maşını ilə Horn xəstəxanasına aparılıb.
Avstriya ordusunun məlumatına görə, bir neçə təcili yardım maşını və ən azı bir helikopterin cəlb olunduğu xilasetmə əməliyyatı dərhal başlayıb. Qəzanın necə baş verdiyi hələ məlum deyil. İlkin məlumatlara görə, tank poliqondan kənarda olub.
2023-cü ilin oktyabr ayına olan məlumata görə, Avstriyada 2 müxtəlif modifikasiyalı 58 ədəd “Leopard” tankı xidmətdədir.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO













