Avtobus qəzaya belə düşdü – VİDEO

Avtobusun şüşəsini sındırıb yerə düşən sürücü bu qəzadan sağ çıxdı. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, izləyənləri dəhşətə gətirən bu görüntülər Çinin Çonkinq şəhərində lentə alınıb. Nəzarətdən çıxan avtobusun sürücüsü ölümlə üzləşsə də, möcüzə nəticəsində həyatda qalıb. Avtomobillərdən birinin video-registratoruna düşən kadrlarda tarazlığını itirən nəqliyyat vasitəsinin aşdığı öz əksini tapır. Bu vaxt sürücü avtobusun ön şüşəsini sındıraraq yerə düşür. Çarəsiz vəziyyətdə qalan çinli təhlükəsi bununla bitmir. Bu dəfə avtobus yerdə hərəkətsiz qalan sürücünün ətrafında sürüşərək fırlanmağa başlayır. Təsadüf nəticəsində çinli sürüşən avtomobilin altında qalmayıb.
Çin mediasının məlumatına görə, dəhşətli hadisədə avtobusda olan dörd sərnişin yüngül xəsarət alıb. Qəzanın səbəbinə gəlincə, bunun, yolun sürüşkən olması səbəbindən baş verdiyi açıqlanıb.
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO












