Avtomobil 15 metr hündürlükdən çaya düşüb

Ağsuda minik avtomobili körpüdən aşıb. Hadisə axşam saat 19:00 radələrində Bakı-Şamaxı-Yevlax magistral yolunun 160 km.-də, yolun Ağsu rayonundan keçən hissəsində qeydə alınıb.
1976-cı il təvəllüdlü Şamaxı rayon sakini Hamlet Bünyət oğlu Bünyətov "VAZ 2106" markalı minik maşını ilə Şamaxı istiqamətində hərəkətdə olarkən Ağsu çayının üzəridə idarəetməni itirib və dəmir məhəccərlərə çırpılaraq 15 metr hündürlükdən çay yatağına düşüb. Qəza nəticəsində sürücü və avtomaşında olan sərnişin, Şamaxı rayon sakini 1980-ci il təvəllüdlü Amil Qulaməli oğlu Bünyətov müxtəlif dərəcəli ağır bədən xasarətləri alıb. Zərərçəkənlər dərhal Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Həkimlər sürücünün vəziyyətini ağır, sərnişininkini isə orta ağır qiymətləndiriblər. İlkin ehtimala görə, hadisə magistral yolun qarlı və şaxtalı olması səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
"Reoprt"
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO













