Avtomobil gənci vuraraq ağır xəsarət yetirib - Bakıda
Qəzalar
13 Fevral 2020 08:30
Oxunub 1138

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə hadisə Dərnəgül qəsəbəsində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü Əzizov Hüseyn Bayram oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
H.Əzizovun vəziyyətinin ağır olduğu bildirilir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













