Banner

Avtomobil sərnişin düşürən mikroavtobusu aşırdı; 3-ü ağır, 13 yaralı - FOTO

Qəzalar 20 İyul 2020 14:54 Oxunub 1230
Avtomobil sərnişin düşürən mikroavtobusu aşırdı;  3-ü ağır, 13 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Diyarbakır-Bingöl avtomagistralında iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Lice rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, 38 HS 697 qeydiyyat nömrə nişanlı minik avtomobili, sərnişin endirmək üçün dayanan 21 AAT 250 qeydiyyat nömrə nişanlı mikroavtobusa arxadan çırpılıb. Zərbənin təsirindən avtobus aşıb. Qəza nəticəsində 13 nəfər xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə rayon xəstəxanasına çatdırılıblar. Onlardan 3-ün vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 




ŞƏRH YAZ
Ad

E-mail

Şərh