Avtomobilin vurduğu qadın öldü, sürücü qaçdı - MƏHKƏMƏ

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Murad Sulxayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Nahid Mirzəyevin icraaında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Zaqatala şəhəri Nizami küçəsində baş verib.
Yuxarı Tala kənd sakini Murad Sulxayev idarə etdiyi "Chevrolet Camara" markalı, "10-RR-024" dövlət qeydiyyat avtomobillə yolu keçən piyada, Zaqatala şəhər sakini Fərasət Davudovanı vurub.
Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
M.Sulxayevə Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə ittiham verilib.
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO












