Avtomobillərin arasında qalan yol işçisi tanınmaz hala düşdü - VİDEO

Sürətlə gələn avtomobillə öz maşınının arasına sıxışdı, göyə sıçrayan cəsədi əzilmiş halda maşınların üstünə düşdü.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə maraq doğuran olay Çinin mərkəzi küçələrindən birində qeydə alınıb. Müşahidə kamerasına düşən görüntülərdən bəlli olduğu kimi magistral yolda avtomobilini saxlayaraq yol işi görən şəxslər bir anda dəhşətli qəza ilə üz-üzə qalıblar. Belə ki, yolun orta hissəsinə yerləşdirilmiş beton dirəkləri rəngləyən işçiyə kömək edən sürücü təhlükəli yerdə avtomobili park edərək işlərini görməyə çalışan anda qarşı tərəfdən yüksək sürət həddi ilə gələn maşının hədəfindən yan keçə bilməyib. Xoşbəxtlikdən dirəyə boya çəkən işçi qəzadan son anda qurtulsa da, sürücü əksinə onun caynağından çıxa bilməyib. Nəticədə iki maşının arasında qalaraq havaya uçan şəxsin cəsədi əzilmiş avtomobillərin üstünə düşüb. Qəza törədən sürücü ağır xəsarət alaraq xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Nərmin Əkbər
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












