Mingəçevirdə qadın sürücünün vurduğu 13 nəfərlə bağlı ŞOK - TƏFƏRRÜAT - FOTO

Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində ağır və orta ağır xəsarət alan 4 nəfərin şəxsiyyəti məlum olub. 2015-ci təvəllüdlü Məmmədli Səccad Anar oğlu və 2010-cu il təvəllüdlü Salahzadə Ramal Habil oğlu kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır. Səccad Məmmədlinin durumu daha ağırdır və onun Bakıdakı xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur. 2010-cu il təvəllüdlü Şirinov Nuran Nurcuma oğlu və 2105-ci il təvəllüdlü Dostməmmədov Mehdi Dostməmməd oğlunun vəziyyəti isə orta-ağır qiymətləndirilir.
***
Mingəçevirdə 10-dan çox insanın xəsarət alması ilə nəticələnən qəzanın təfərrüatları məlum olub. Avtosfer.az-ın məlumatına görə, Mingəçevir sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibəti ilə fərdi evinin həyətində qonşulara və uşaqlara şirniyyat paylayıb. Bu zaman həyat yoldaşının avtomobili idarə etməyi öyrətdiyi Zülfiyə adlı xanım “Opel” markalı maşının idarəetməsini itirib və avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb. Xəstəxanaya yerləşdirilən yaralıların bəzilərinin durumu ağırdır.
***
Mingəçevirdə “Opel” markalı avtomobil qəza törədib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, qəza Texniki Rezin Məmulatları zavodunun yaxınlığında baş verib.
Qadın sürücünün idarə etdiyi avtomobil 7-i azyaşlı olmaqla, eyni anda 10 nəfəri vurub. Yaralılar xəstəxanalara yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.


Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO














