Polis xidməti maşınla piyadanı vurdu - DİN-dən AÇIQLAMA -YENİLƏNİB

Xudat-Nabran avtomobil yolunda hərəkətin intensiv olduğu yerdə qəflətən yola çıxan piyada Ə.Müslümovu maşın vurub.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Avtosfer.az-a hadisə ilə bağlı bunları deyib:
"Xudat-Nabran avtomobil yolunda hərəkətin intensiv olduğu yerdə qəflətən yola çıxan piyada Ə.Müslümovu maşın vurub. Hadisəni törədən Xaçmaz DYPB-nin əməkdaşı dərhal piyadanı xəstəxanaya çatdırıb. Hazırda müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır"
***
02:11
Xudat-Xaçmaz şosesində yol patrul xidmətinin əməkdaşı qəza törədib.
Avtosfer.az xəbər verir ki, hadisə Xaçmaz şəhəri ərazisində qeydə alınıb.
Belə ki, orta yaşlı kişi yolu keçərkən onu Xaçmaz Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşının idarə etdiyi 99-YP-191 dövlət nişanlı BMW markalı avtomobil vurub.
Yol Patrul Xidmətinin əməkdaşları ağır xəsarət alan piyadanı Bakıdakı Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıblar.
Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
apa
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO
İkinci zolaqdan sağa dönənləri avtobuslar belə vurur - VİDEO
Azərbaycanlı iş adamı faciəli şəkildə öldü - FOTO











