Azərbaycanda intihar xarakterli yol nəqliyyat hadisələri baş verir- Ekspertdən ŞOK AÇIQLAMA

Qəzalar 1 Mart 2021 22:05 Oxunub 1262
Azərbaycanda intihar xarakterli yol nəqliyyat hadisələri baş verir- Ekspertdən ŞOK AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda piyadavurma hadisələri içində intihar xarakterliləri də yer alır. Təəssüf ki, sırf piyadanın günahı, daha dəqiq desək piyadanın arzusu ilə baş verən bu cür yol nəqliyyat hadisələrində yenə də sürücü günahkar sayılır. Bəzən istintaq orqanları hadisənin intihar məqsədli olduğuna diqqət etmir. Nəticədə ölənin yaxınları sürücünü soymaqla məşğul olurlar. İntihar edən şəxs sağ qaldıqda isə özünü maşının altına qəsdən atdığını gizlədir və sürücünü soymağa başlayır.

 

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, yol nəqliyyat hadisələrinin intihar  xarakterli olmasını üzə çıxarmaq istintaq orqanlarından peşəkarlıq tələb edir. Nəzərə almaq lazımdır ki, bəzən sosial durumu ağır olan insanlar özlərini qəsdən maşınlara çırpıb sürücüləri qarət edirlər. Bu konkret soyğunçuluq vətəndaşların inamından sui-istifadə etmək halıdır. Amma bəzi insanlar da var  ki, konkret olaraq ölümü seçirlər və intihar məqsədi ilə özlərini yolda sürətlə hərəkət edən avtomobillərin altına atırlar. Bu halda hadisələrin əksəriyyəti ölümlə nəticələnir və bəzən sonradan onların ailə üzvləri həmin şəxsin intihar etmək fikrində olduğunu bilsələr də bunu gizlədirlər. Sanki qəsdən törədilmiş bir hadisə olduğunu dilə gətirərək həmin sürücünü müflis etməyə çalışırlar. Belə olan halda ölən şəxsin yaxınları həmin sürücüdən şikayətçi olmamaq üçün külli miqdarda pul tələb edir və bəzən bu proses illərlə davam edir. Yəni ölən şəxsin ailəsi illərlə həmin sürücünü özlərindən asılı vəziyyətə salırlar. Eyni zamanda intihar məqsədi ilə yol nəqliyyat hadisəsi törədən sürücülər də var. Belə hallardan biri bir neçə il əvvəl Avtosfer.az-ın əməkdaşına məlum olub. Kukla teatrı yaxınlığında Land Cruiser markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək qəza törətmişdir və yaşlı bir insan sükan arxasından düşən kimi ağlayaraq özümü öldürmək istəyirəm deyə intihar etmək fikrində olduğunu etiraf etmişdir. Bu tipli hadisələr başqa ərazilərdə də baş verir. Təəsüf ki, istintaq orqanları bu məsələyə bir növ  yol nəqliyyat hadisəsi kimi yanaşaraq əslində hadisənin nədən qaynaqlandığının üstündən keçirlər və beləliklə bəzi hallarda heç bir günahı olmayan insanlar günahkar duruma düşür. Günahsız insanlar deyəndə təbii ki, sürücülər nəzərdə tutulur.

Elməddin Muradlı bildirir ki, istintaq orqanları yol nəqliyyat hadisəsinin və yaxud da piyada vurma hadisəsinin intihar xarakterli olub-olmadığını üzə çıxarması üçün məsələyə ciddi yanaşmalıdır və bununla yanaşı günahkar tərəf ciddi şəkildə cəzalandırılaraq məsələ ictimailəşdirilməlidir ki, başqalarına da dərs olsun.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh