Azərbaycanda polis maşını mağazaya çırpıldı: Ölən və xəsarət alan var - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti Gəncədə polis baş serjantının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, hadisə bu gün noyabrın 24-də saat 07:30 radələrində baş verib.
Belə ki, Gəncə Şəhər Regional Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirib və küçədə yerləşən mağazalardan birinə çırpılıb.
Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Gəncə Baş Polis İdarəsində araşdırma aparılır.
08:43
Gəncədə polis yol qəzasında ölüb.
Avtosfer.az-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Gəncə şəhər Mühafizə İdarəsinin əməkdaşları “Fiat” markalı xidməti avtomobil ilə hərəkətdə olan zaman, sürücü idarəetməni itirərək şəhər ərazisindəki icbari sığorta agentlərindən birinin ofisinə çırpılıb.
Nəticədə avtomobildə olan polis baş serjantı R.Əliyev xəsarət alıb. O xəstəxanaya çatdırılsa da dünyasını dəyişib.
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











