Azərbaycanlı müğənni avtomobili ilə iki azyaşlını vurdu

Mayın 8-də paytaxtın Suraxanı rayonu ərazisində iki azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, müğənni Ziba Osmanlı 8 May günarta saatlarında Suraxanı rayon ərazisində yerləşən məktəblərin birində idarə etdiyi və lizinqdə olan "Changan" markalı avtomobili ilə 2 məktəblini vuraraq hadisə yerindən qaçıb. Uşaqları isə xəstəxanaya ağır xəsarət alan 2008-ci il təvəllüdlü Zəhra Elsəvər qızı Allahverdiyevanın atası "Baku Medical Plaza" xəstəxanasına çatdırıb. Birinin boyun fəqərəsi sınıb, digəri isə ayağlarından təcili əməliyyat olunub.
Məlumata görə, müğənni azyaşlı uşaqları piyada keçidinin üstündə vurub. Ayaqlarından əməliyyat oluna uşaqlardan birinin vəziyyəti orta ağırdır, həkimlər onun bir neçə il yeriyə bilməyəcəyini deyir. Avtomobil onun ayaqları üzərindən keçib.
Hazırda polis orqanında təhqiqat araşdırması aparılır. Müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Qeyd edək ki, belə ağır hadisəyə baxmayaraq, müğənni instaqram hesabında paylaşımlarından geri qalmır, şənliklərdə oxuduğu zaman lentə alınan videoları izləyiciləri ilə bölüşür.
Maşın işıq dirəyinə çırpıldı - Sürücü ÖLDÜ
İsmayıllıda ağır yol qəzası baş verib, 5 nəfər yaralanıb
Əyləci tutmayan yük maşını faciəyə səbəb oldu: 1 ölü, 10 yaralı - VİDEO
Qəzaya səbəb olan qadın avtobus sürücüsü ilə mübahisə etdi - VİDEO
Cəlilabadda “Prius” və “VAZ” toqquşdu, sərnişin xəsarət aldı - VİDEO
Bakının mərkəzində iki sərnişin avtobusu toqquşdu - FOTO
Bakıda zəncirvari qəza: Beş maşın toqquşdu - VİDEO
Ağır QƏZA: ölən var
Lökbatanda qəza: “Mercedes” və “Toyota” toqquşdu - VİDEO
“Prius” aylardır davam edən təmir zonasındakı maneəyə çırpıldı - VİDEO
Dəhşətli qəzada ölən Elmirin FOTOsu










