Azərbaycanlının olduğu avtobus TIR-la toqquşdu - FOTO

Türkiyənin Çanaqqala şəhərində sərnişin avtobusu TIR-la toqquşub. Avtosfer.az baku.ws-ə məlumatına görə, qəza gecə saatlarında Keşan-Gelibolu magistral yolunda qeydə alınıb. İçərisində təxminən 50 sərnişin olan avtobus gübrə yüklü TIR-a arxadan dəyib.
Qəza zamanı avtobusda olan Barış Kahraman (18), Serdar Örnekal (19), Hafize Dikmen (19), İnci Polat (27), Caner Kaya (18), Pınar Bayrak (44), Murat Okur (44), Erol Büyükerol (23 ), Celil Çobanoğlu (34), Buse Özsoy (20) və Azərbaycan vətəndaşı Juranov Məmməd (23) xəsarət görüb. Hadisədən sonra bölgəyə çox sayda təcili yardım, xilasetmə dəstələri və polis işçiləri cəlb edilib. Yaralılar təcili yardımlarla Keşan Dövlət Xəstəxanası və Keşandakı özəl bir xəstəxanaya yerləşdirilib. Avtobusda olan və qəzanı yara almadan sovuşduran sərnişinlər isə başqa bir avtobusla İstanbula göndərildi. Sürücülər İbrahim Özdəmir və Eşref Yılmaz ifadələri alınmaq üçün Gelibolu Jandarmasına aparılıb. Qəza səbəbiylə təxminən 1,5 saat bağlanan yol nəqliyyat vasitələrinin hadisə yerindən qaldırılmasından sonra açılıb.
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












