Bakı Dairəvi Yolunda qəza baş verib, tıxac yaranıb - VİDEO - YENİLƏNİB

Qaradağ rayonunda baş verən zəncirvari yol qəzasında neçə avtomobilin toqquşduğu açıqlanıb.
Report-un xəbərinə görə, Bakı-Qazax magistralının Qaradağ rayon ərazisindən keçən hissəsində - "Sədərək" Ticarət Mərkəzinin yaxınlığında baş verən qəza zamanı “Mercedes", "AzSamad", "Toyota Prado" markalı sərnişin avtomobilləri "Ford-Transit" markalı yük maşını ilə toqquşub.
Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.
Qəza nəticəsində yolda yaranan uzun tıxac səbəbi ilə magistralda nəqliyyat vasitələrinin hərəkətində çətinliklər olub.
Faktla bağlı araşdırma aparılır.
10:26
Bakı 3-cü Dairəvi Yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, avtomobil satışı mərkəzinin yaxınlığında, Lökbatan istiqaməti üzrə yolda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində yaranan qəza hər iki istiqamət üzrə avtomobillərin sıxlığına səbəb olub.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”un sorğusuna cavbab olaraq bildirib ki, hazırda YPX əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması üçün tədbirlər görürlər:
“Yolun hər iki istiqamətində yaranan süni sıxlığa digər avtomobil sürücülərinin bir neçə saniyəlik də olsa sürəti azaldaraq qəzanı müşahidə etməsi səbəb olur” – deyə V.Əsədov bildirib
Şöbə rəisi əlavə edib ki, qəzanın ağırlıq dərəcəsi və detalları barədə əlavə məlumat veriləcək.



Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












