Bakıda 20 yaşlı gənci avtomobil vurdu

Qəzalar 26 Fevral 2021 23:49 Oxunub 924
Bakıda 20 yaşlı gənci avtomobil vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Zülfəliyev Zaur Rafiq oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona qapalı kəllə-beyin travması, təpə və qaşüstü nahiyəsinin çapılmış yarası diaqnozu qoyulub./report

ŞƏRH YAZ
Ad

E-mail

Şərh