Bakıda 3 nəfəri avtomobil vurub: Vəziyyətləri ağırdır

Bakının Xətai, Xəzər və Nərimanov rayonlarında avtomobil qəzaları zamanı üç piyada ağır xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisələrin hər üçü də yolun piyada üçün müəyyən edilməmiş hissəsində qeydə alınıb.
Əhmədli qəsəbəsində yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Həsənxanova Marina Eduard qızını minik avtomobili vurub. Yaralı ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıb.
Digər analoji hadisə Qum adası ərazisində baş verib. 1996-ci il təvəllüdlü Heydərov Altun Vüqar oğlunu yük maşını vurub. Həmin şəxs ağır bədən xəsarətləri alıb.
Bakı Nəqliyyat Agentliyinin qarşısında - yolun müəyyən edilməmiş hissəsindən keçən 1964-cü il təvəllüdlü Göyüşov Müslüm Gülüstan oğlunu da maşın vurub. Yaralı piyada qapalı kəllə-beyin travması sağ bud sümüyünün sınığı diaqnozları ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hər üç faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
Araşdırmalar aparılır.
Zığ şosesində hərəkət məhdudlaşdırıldı: SƏBƏB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO
Bakı–Quba yolunda yük maşınının qoşqusu körpüyə çırpıldı - ANBAAN VİDEO
Bakıda mikroavtobus divara çırpıldı - VİDEO
Binəqədidə ağır qəza: “KamAZ”la “BYD” toqquşdu – VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər yaralandı - VİDEO
At arabaları ilə bağlı XƏBƏRDARLIQ - Bir ayda 1 ölü, 3 yaralı - FOTO
Goranboyda avtomobil qəzası: 13 yaşlı yeniyetmə...
Novxanı-Pirşağı yolunda dəhşətli qəza: Yaralılar var – VİDEO - YENİLƏNİB












