Hakim məhkum ataya güzəşt etdi: Uşaqlarını məktəbə aparacaq

Azərbaycanda məhkəmə övladlarını məktəbə və hazırlıq kursuna aparıb-gətirə bilməsi üçün məhkumun üzərinə qoyulmuş vaxt məhdudiyyətini dəyişib.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin hakimi Teymur Həsənov belə qərar verib.
40 yaşlı F.Rəcəbov bir müddət əvvəl cinayətdə təqsirli bilinib. Ona 2 il 3 ay azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Hökmə əsasən, onun üzərinə yaşayış yerini hər gün axşam saat 20:00-dan səhər saat 09:00-dək tərk etməmək vəzifəsi də qoyulub.
F.Rəcəbov verilən cəza ilə razılaşsa da, yaşayış yerini tərk etməməsi ilə bağlı vaxt məhdudiyyəti onun ailə vəziyyətində çətinlik yaradıb. Məhz bu səbəbdən o, qeydiyyatda olduğu rayonun məhkəməsinə müraciət edib.
40 yaşlı məhkum ərizəsində yazıb ki, qoyulan vaxt axşam 20:00-dan səhər 09:00-a kimidir. Amma bu vaxt ona yetərli deyil. Ona görə ki, səhər 8-ə işləmiş övladlarını məktəbə apara, axşam isə qız övladını hazırlıqdan götürə bilmir. Evdə də anası 1-ci qrup yataq xəstəsi, yoldaşı isə 2-ci qrup əlildir. Məhkum məhkəmədə övladlarının 6 gündür hazırlığa gedə bilmədiyini də əsas gətirərək üzərinə qoyulmuş vaxt məhdudiyyətinin dəyişdirilməsini xahiş edib.
Hakim məhkum atanın arqumentlərini dinlədikdən sonra haqlı olduğu qənaətinə gəlib. Yeni qərarla onun yaşayış yerini tərk etməməsi müddəti axşam 22:00-dan səhər saat 07:00-dək müəyyən edilib.
Hakim qərarını uşaqların təhsil almaq hüququnun təmin edilməsinin vacibliyi, atalarının törətdiyi cinayətə görə övladlarının əziyyət çəkməli olmaması ilə əsaslandırıb. Həmçinin qeyd edib ki, dəyişiklik məhkumun üzərinə qoyulmuş vəzifənin mahiyyətinə deyil, yalnız vaxtına aiddir.
Elektrikli avtomobillər üçün maraqlı yenilik: Günəş paneli quraşdırılır
Yeni qaydalar avtomobilləri bahalaşdıracaq: Hər maşına əlavə 11 min manat xərc
Bakının ən uzun avtobus marşrutu neçə kilometrdir? – MARAQLI RƏQƏMLƏR
Çoxuşaqlı ailələr üçün pulsuz PARKLANMA
Avtomobillərdə Start-Stop problemi: Mühərrik işə düşməyə bilər
Bakı və Parisin ortaq nöqtəsi nədir? – MÜQAYİSƏ – VİDEO
Naviqator yollardakı tıxacları necə müəyyən edir? – MARAQLI
Yeni şamlar avtomobilin mühərrik gücünü artırırmı? – ARAŞDIRMA
Bakının ən sıx dairəsi haradadır? - 25 yol hissəsi, 23 avtobus marşrutu keçir
Merkelin təyyarəsini doğrayaraq suvenir hazırladılar - FOTO
Daha bir şayiə: internet 4 ay kəsiləcək, bank hesabları bloklanacaq











