Bakıda 49 yaşlı piyadanı avtomobil vurdu
Qəzalar
5 May 2020 00:15
Oxunub 1761

1971-ci il təvəllüdlü Vadim Kuramşin yoldan keçmək istəyərkən avtomobil onu vurub
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın "Report"-a istinadən məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
1971-ci il təvəllüdlü Vadim Kuramşin yoldan keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona alın nahiyəsinin əziyi diaqnozu qoyulub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













