
Bakıda 65 yaşlı qadını avtomobil vurub
Qəzalar
27 Yanvar 2023 11:18
Oxunub 726

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, avtomobil yolu keçən 1958-ci il təvəllüdlü Matiyeva Yekatrina Namaz qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
Report
ŞƏRH YAZ