Bakıda ağır yol qəzası oldu, ölən və yaralananlar var

Bakıda baş vermiş ağır yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.
Hadisə zamanı 2008-ci il təvəllüdlü Hacıyev Elvin Dilqəm oğlu, 1994-cü il təvəllüdlü Dilavərov Əlirza Dilavər oğlu, 17 yaşlı Qaçayev Sahil Rahil oğlu, 40 yaşlı Aleksandr Bıkovski müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Şahidlərin sözlərinə görə, qəzaya "Hyundai" markalı avtomobilin əks tərəfə - qarşıdan gələn yük maşınının yoluna çıxması səbəb olub.
***
Bakıda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
Avtosfer.az-ın “Report”-a istinadən məlumatına görə, hadisə Pirallahı rayonunda qeydə alınıb.
Belə ki, rayon ərazisində “Hyundai” markalı minik avtomobili ilə "Ford” markalı yük maşını toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb. Ölən şəxsin “Hyundai” markalı avtomobilin sürücüsü olduğu bildirilir.
Qəza zamanı eləcə də "Ford"un Əli adlı (soyadı dəqiqləşdirilir-red) sürücüsü, habelə 17 yaşlı Qaçayev Sahil Rahil oğlu, 40 yaşlı Aleksandr Bıkovski müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. S.Qaçayevə sol bud sümüyünün sınığı, A.Bıkovskiyə qapali kəllə-beyin travması diaqnozları qoyulub. Məlumata görə, hadisə nəticəsində "Ford"un sürücüsünün ayaqları sınıb.
Şahidlərin sözlərinə görə, qəzaya "Hyundai" markalı avtomobilin əks tərəfə - qarşıdan gələn yük maşınının yoluna çıxması səbəb olub.
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO












