Bakıda “ara işləyən” sürücü qəza törədib qaçdı - VİDEO

Paytaxtın Yasamal rayonunda sürücü qəzaya səbəb olaraq hadisə yerindən uzaqlaşıb.
Avtosfer.az-ın məlumatına əsasən, olay sentyabrın 18-də saat 20:00 radələrində “Şamaxinka” dairəsində qeydə alınıb. Belə ki, 90-FS-054 dövlət nömrə nişanlı, “Nissan Sunny” markalı avtomobil hərəkətdə olarkən 77-XZ-508 dövlət nömrə nişanlı, “Mercedes Vito” markalı minik vasitəsi tərəfindən vurulub. Zərərçəkmişin sözlərinə görə, “Mercedes” sürücüsü yol hərəkəti qaydasını kobud şəkildə pozub və avtomobilinə dəyərək ona maddi-mənəvi ziyan vurub. Digər nəqliyyat vasitələrinə də təhlükə yaradan sürücü maşına vurduğu ziyanı ödəmək əvəzinə hadisə yerindən qaçıb.
Qeyd edək ki, qəza nəticəsində avtomobilin qanadı və qanad altlığı, bamperinin yan hissəsi və diski zədələnib.
Nərmin
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












