Bakıda avtobus qəza törətdi

Paytaxtda sərnişin daşıyan marşrut qəza törədib. Hadisə Abşeron rayonu ərazisində qeydə alınıb. Avtosfer.az xəbər verir ki, bu barədə 3 saylı şəhər klinik xəstəxanasından anspress-ə verilən məlumata görə, 35 saylı xətt üzrə 20 yanvar metrostansiyası ərazisindən Novxanı istiqamətinə hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım avtomobilləri vasitəsi ilə xəstəxanaya çatdırılıb. Qəza nəticəsində xəsarət alanlar bunlardır:
Səməd Məmmədəli oğlu Hüseynov - 1976-cı il təvəllüdlü
Paşa Yaqub oğlu Əliyev - 1990-ci il təvəllüdlü
İmaməli Məhəmməd oğlu Dadaşov - 1958-ci il təvəllüdlü
Xəsarət alanlardan İmaməli Dadaşov xəstəxananın travmatologiya şöbəsinə yerləşdilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Digər iki şəxs isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Faktla bağlı araşdırma araşdırma aparılır.
Oktyabr ayının 30-da da Bakının Qaradağ rayonu ərazisində 7 nəfərin xəsarət alması ilə nəticələnən avtobus qəzası baş vermişdi. Bakı şəhər sakini Novruz Əliyevin idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu Sədərək ticarət mərkəzi yaxınlığında hərəkətdə olarkən paytaxt istiqamətində hərəkət edən, Masallı rayon sakini Qoşqar Ağalarovun idarə etdiyi "Ford" markalı mikroavtobusla toqquşmuş, nəticədə 7-si orta ağır olmaqla on nəfərdən çox adam xəsarət almışdı. Xəsarət alanlar əraziyə cəlb edilmiş təcili tibbi yardım avtomobilləri vasitəsi ilə 1 saylı kliniki tibbi mərkəzə çatdırılmışdı.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










