Motosikletlə toya gələn bəy və gəlin görənləri təəccübləndirdilər - VİDEO

Gəlinlərin əksəriyyəti toy günü klassik və ya lüks avtomobillərə üstünlük verirlər. Bəziləri isə fərqlənmək üçün traktor, yük maşını, hətta at arabası kimi nəqliyyat vasitələrinə üz tuturlar.
Avtosfer.az xəbər verir ki, lakin budəfəki bəy və gəlin hamıdan fərqli bir seçim edərək toy məclisinə motosikletlə qatılıblar. Bu qeyri-adi qərarın arxasında duran gəlin - 4 ilin baykeri Fatimə Məlikli sözügedən addımının səbəblərini Baku TV-yə açıqlayıb.
"Motosiklet sürmək uşaqlıq arzum və həyatımın ayrılmaz hissəsidir. Buna görə də ən özəl günümün bir parçası olmasını istədim. Yolda hər hansı problem yaşanmasın deyə bəylə birlikdə xüsusi təlim də keçmişdik. Əslində, məqsədimiz zalın içərisinə motosikletlə girmək yox, sadəcə, xüsusi çəkiliş üçün motosiklet karvanı ilə yürüş etmək idi. Lakin restoranın qarşısına çatanda atam mənə sürpriz edərək rəhbərliklə danışdı və zala motosikletlə daxil olmağımızı təşkil etdi. Sosial şəbəkələrdəki tənqidlərə gəlincə, hər kəsin fikrinə hörmətlə yanaşıram. İnsanlara elə bir xoşbəxtlik arzulayıram ki, başqalarının həyatını müzakirə etməyə vaxtları qalmasın", - deyə o bildirib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












