Arvadını evdən qovdu, sonra da döydü: 6 aylıq cəza verildi

Qax rayonunda 43 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub.
Avtosfer.az Demokrat.az-a istinadla xəbər verir ki, hadisə Qax rayonunun kəndlərindən birində baş verib. 1983-cü il təvəllüdlü Asim birgə yaşadıqları evin həyətində arvadı Səlimə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Bu zaman o, Səlimənin ona kobud ifadələr işlətməsi səbəbindən aralarında yaranmış ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı sonuncunun baş, sifət və bel nahiyəsinə bir neçə dəfə şillə, yumruq ilə vuraraq ona xəsarətlər yetirib.
Asimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Asim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, həyat yoldaşı Səlimə ilə son zamanlar aralarında mübahisələr baş verib:
“Sonuncu dəfə məlum hadisə günü, saat 15 radələrində arvadım ilə aramızda mübahisə baş verən zaman ona əşyalarını yığaraq evi tərk etməsini dedim. Bu zaman Səlimə məni dinləmədiyi üçün mübahisənin böyüməməsi üçün evi tərk etdim, bir müddət kənddə gəzişdim. Evə qayıdan zaman o, məni nalayiq sözlərlə təhqir etdi. Həmin vaxt onun baş və bədən nahiyəsinə bir neçə dəfə şillə, yumruq ilə vurdum. Səlimə evi tərk edərək valideynlərinin evinə getdi”.
Qax Rayon Məhkəməsinin hökmü ilə Asim 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə Qax Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı evi tərk etməsi, həmçinin bu müddətdə Qax rayonunun ərazi hüdudlarından kənara çıxması qadağan olunub.
Bundan başqa, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulub.
Həmçinin Asimin üzərinə məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq tapşırılıb. Bu hal onun cəzaçəkmə müddəti ərzində müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olunub.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












