“Mercedes” Bakının mərkəzində divara çırpıldı, 2 qadın... - FOTO

Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.
Zahirə Həsənova idarəetməsində olan “Mercedes” markalı maşınla Rəşid Behbudov küçəsində hərəkətdə olarkən qarşısına maneə çıxıb. Bu zaman Zahirə Həsənova sükana nəzarəti itirib. Maşın əvvəlcə ödəmə terminalına, daha sonra 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində olan binanın divarına çırpıb. Zərbənin gücündən avtomobildə olan sərnişin Günel Bayramova və sürücü Zahirə Həsənova ağır xəsarətlər alıblar. Nəqliyyat vasitəsi ciddi deformasiyaya uğrayıb.
Hadisə yerinə Təcili Tibbi Təxirəsalınmaz Yardım Xidmətinin briqadası cəlb edilib. Həkim bildirib ki, Günel Bayramova çanaq sümüyünün sınığı, sürücü isə qol sümüyünün sınığı diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə Nəsimi Rayon Polis idarəsinin əməkdaşları gəlib. Fakt üzrə hüquqi qiymət ərazidə olan təhlükəsiz şəhər kameralarına baxıldıqdan sonra veriləcək. (apa)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO

















