Bakıda avtomobil yolu keçən piyadanı vurdu
Qəzalar
19 Fevral 2020 21:00
Oxunub 3644

Faktla bağlı araşdırma aparılır
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az “Report” -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu Nobel prospekti 3 ünvanında qeydə alınıb.
Belə ki, Ağ Şəhər bulvarının yanında “99 SH 575” dövlət nömrə nişanlı “BMW” markalı avtomobil piyada zolağından keçən 30 yaşlı kişini vurub.
Yaralı təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Gültən
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













