Bakıda avtomobilin vurduğu qadının ayağı sındı

Qəzalar 27 Fevral 2021 08:55
Bakıda avtomobilin vurduğu qadının ayağı sındı
WhatsApp kanalımıza abunə olun

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Asif Məhərrəmov küçəsində 1984-cü il təvəllüdlü Həsənova Kəmalə Təzəxan qızı evlərinin yaxınlığında avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol ayağının sınığı diaqnozu qoyulub.

Oxunub : 1194
ŞƏRH YAZ
Ad

E-mail

Şərh