Bakıda avtomobillər toqquşdu, sərnişin öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az “Report”-a istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, Ramana qəsəbəsində "Real İnşaat" ticarət mağazasının yaxınlığında Bakı şəhər sakini Yaqubov Anar Ramiz oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən Məmmədov Eldar Heydər oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində "VAZ 2106" markalı avtomobilin sürücüsü və sərnişin Abbasova Süzənbər İsmayıl qızı xəstəxanaya yerləşdirilib. Lakin qadın xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Gültən
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












