Bakıda “Azərsu”nun işçilərini avtomobil vurub - RƏSMİ AÇIQLAMA

Ötən gün “Azərsu” əməkdaşlarını avtomobil vurub. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Xətai prospektində baş verib. Belə ki, “Mercedes-Benz” markalı avtomobil sözügedən ərazidə kanalizasiya sistemini təmizləyən, “Azərsu”ya məxsus olan “MAN” markalı xidməti maşını vurub. Hadisə nəticəsində sürücü və “Azərsu”nun işçiləri, çilingər və mühəndis - 1960-cı il təvəllüdlü Rahəd Mənəfov, 1983-cü il təvəllüdlü Nurlan Qəhrəmanov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı faktı oxu.az-a təsdiq edib. O bildirib ki, yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər: “Hadisə Nərimanov rayonu Xətai prospekti (Şərq bazarının qarşısında) baş verib. Gecə saatlarında ərazidə yerləşən D1000mm kollektorunun qrafikə uyğun yuyulması zamanı “Mercedes-Benz” markalı minik avtomobili arxadan kanal yuyan maşına çırpılaraq qəza törədib. Nəticədə mühəndis və çilingər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdədirlər. Hər ikisinin bədənində müxtəlif sınıqlar var”.
Hadisə ilə bağlı araşdırma aparılır.
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO












