Bakıda bahalı avtomobil qəza törətdi, ölən və yaralanan var

Bakıda bahalı avtomobil ağır qəza törədib.
Avtosfer.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib.
Sürücü, 1968-ci il təvəllüdlü Əhmədov Azad Rəmzi oğlu etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “AUDİ A6 minik” markalı avtomobillə Buzovna-Mərdəkan yolu ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Volkswagen Golf minik” markalı avtomobili, ardınca isə yolun sağ kənarında dayanmış piyada 1993-cü il təvəllüdlü Kazımov Aqil Rasim oğlunu vurub.
Piyada A.Kazımov hadisə yerində ölüb, “Volkswagen Golf minik” markalı avtomobilin sürücüsü 14.03.1970-ci il təvəllüdlü Kərimov Vüqar Tofiq oğlu isə qapalı kəllə-beyin travması diaqnozu ilə Sabunçu tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Xəzər RPİ-nin İŞ-də cinayət işi başlanıb.
Trend
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












