Bakıda faciəvi qəzada ölən şəxs qazi imiş - FOTOLAR

3 gün əvvəl Bakının Xəzər rayonunda yol kənarında dayandığı zaman avtomobil vurması nəticəsində həyatını itirən 30 yaşlı Aqil Kazımovun Vətən müharibəsi qazisi olması məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə Buzovna-Mərdəkan yolunda qeydə alınıb. Belə ki, Azad Əhmədov “Audi A6 minik” markalı avtomobillə əvvəlcə yol kənarında park edilmiş “Volkswagen Golf”u, ardınca isə yolun sağ kənarında dayanmış piyada 1993-cü il təvəllüdlü Kazımov Aqil Rasim oğlunu vurub. Nəticədə A.Kazımov almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb, “Volkswagen Golf minik” markalı avtomobilin sürücüsü, 1970-ci il təvəllüdlü Vüqar Kərimov isə qapalı kəllə-beyin travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə daxil olub.
Qeyd edək ki, qəzada həyatını itirən Aqil Kazımov Vətən müharibəsində döyüş yolu keçib və rəşadət göstərdiyinə görə bir sıra medallarla təltif edilib. Onun bir azyaşlı qızı var.
Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Qafqazinfo
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












