Bakıda iki şəxs narkotikin təsirindən avtomobildə yatdı

Bakıda avtomobildə yatan şəxslərin narkotikdən istifadə etdiyi məlum olub.
Avtosfer.az "Report"-a istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, "Grand" markalı avtomobilin içərisində iki nəfər yatıb. Ərazidə olan sakinlər polis əməkdaşlarına müraciət ediblər.
Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidməti əməkdaşları hadisə yerinə gəlib və hər iki şəxs ərazi üzrə polis bölməsinə aparılıb.
Onların üzərlərinə baxış keçirilən zaman avtomobilin sürücüsündən 0,680 qram heroin aşkar olunaraq götürülüb.
Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitənin təsirindən avtomobildə yatıb qalıblar.
Digər şəxsin ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onun oğurluq əməlləri törətməsi istisna olunmur.
Faktla bağlı araşdırma aparılır.
Gültən
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












