Bakıda “KamAZ” minik avtomobili ilə toqquşdu, ölənlər var

Bakıda baş verən ağır yol qəzasında daha bir nəfər ölüb.
Avtosfer.az "Report"-a istinadən xəbərinə görə, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində 2 nəfə hadisə yerində dünyasını dəyişib, 3 nəfər isə yaralanıb.
Qəza nəticəsində 1961-ci il təvəllüdlü Zeynalov Bəhruz Əli oğlu, 1979-cu il təvəllüdlü Qurbanov Qurban Rafiq oğlu və 1962-ci il təvəllüdlü Rzayeva Zahirə Əlimərdan qızı ağır xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
B.Zeynalova bədənin küt travması, Q.Qurbanova baş-beyin silkələnməsi, üz nahiyəsinin yaralanması və Z.Rzayevaya isə burnun travması, baş-beyin silkələnməsi, bədənin küt travması diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
***09:12
Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
Gültən
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












