Bakıda “Lada Priora” yük avtomobilinə çırpılıb, ölən və yaralananlar var - FOTO - VİDEO

Bakıda “Lada Priora” ilə “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində ölən şəxsin kimliyi məlum olub.
Avtosfer.az xəbər verir ki, minik avtomobilində ölən sərnişin 2002-ci il təvəllüdlü Cəfərov Pərvin Pərviz oğludur.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları “KamAZ” markalı yük maşının sürücüsü - 1992-ci il təvəllüdlü İsmayılov Hüseyn Əli oğlunun izahatını alıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Saat 02:45
Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Ceyhun Səlimov və Abdulvahab Salamzadə küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Heydərli Fərid Xaliq oğlu “Lada Priora” markalı avtomobillə kəsişmədən keçərkən içərisi torpaqla dolu “KamAZ” markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində “Lada Priora” deformasiyaya uğrayıb.
İçərisində olan sürücü və sərnişinlər - 2002-ci il təvəllüdlü Atakişiyev Hümmət Baba oğlu, 2001-ci il təvəllüdlü Sadıqov Emin İlham oğlu müxtəlif bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hələlik ad soyadı bilinməyən bir sərnişin isə hadisə yerində dünyasını dəyişib. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və Yol Polisi Şöbəsinin əməkdaşları cəlb edilib.
Xəstəxanadan verilən məlumata görə, yaralıların hər üçünün vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
Ada Süleymanın həyatını itirdiyi qəzanın FOTOsu
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO











